Menyu

Xırdalanda ödəmə terminalından oğurluq edilib

Nərmin Qocamanlı
Xırdalanda ödəmə terminalından oğurluq edilib
1 dəq oxu

Avqustun 19-u saat 17 radələrində Xırdalan şəhərində yerləşən marketlərin birində quraşdırılmış ödəmə terminalının sındırılaraq 550 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətmiş marketi təmir edən usta Xalid Xubalıyev saxlanılıb.

Əlaqəli Xəbərlər