Menyu

Peşə təhsili müəssisələrinə vakansiya seçimi mərhələsinə start verilib

Peşə təhsili müəssisələrinə  vakansiya seçimi mərhələsinə start verilib

21 avqust tarixində 2024/2025-ci il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

"Operativ Media" xəbər verir ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını keçən namizədlər 25 avqust tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər. Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 485 namizəd vakansiya seçiminə buraxılıb.

Müsahibələrin Bakı, Gəncə, Qəbələ, Cəlilabad və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər