Menyu

Son yeddi ayda müavinətlər üzrə 626 milyon manat, Prezident təqaüdləri üzrə 400 milyon manat ödənilib

Nərmin Qocamanlı
Son yeddi ayda müavinətlər üzrə 626 milyon manat, Prezident təqaüdləri üzrə 400 milyon manat ödənilib

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 487 min nəfər sosial müavinət, 399 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 626 milyon manat, Prezident təqaüdləri üzrə 400 milyon manat ödənilib.

Bu ilin 7 ayında 89 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 659 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər