Azərbaycanda qızılcaya yoluxma halları azalıb
Hazırda ölkədə qızılcaya yoluxma halları azalıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, sadəcə bir neçə yoluxma halı qeydə alınıb: "Bu da o deməkdir ki, hələ də infeksiya mənbəyi var. Bu səbəbdən peyvənddən kənarda qalan uşaqları mütləq vaksinasiyadan keçirmək lazımdır. Çünki infeksiya mənbəyi varsa və qızılca hava-damcı yolu ilə keçdiyindən xəstəlik hələ də gündəmdədir”.
Nazirlik bildirib ki, ölkədə qızılca əleyhinə kifayət qədər vaksin var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net