Menyu

Son 7 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

Nərmin Qocamanlı
Son 7 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

2024-cü ilin ilk yeddi ayı ərzində sahibkarların 3 252 layihəsinə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 119 milyon manat güzəştli kredit verilib.

"Operativ Media" xəbər verir ki, SİF-in məlumatına görə, bu dövr ərzində Fondun güzəştli kreditlərindən 257 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 7,8 milyon manat güzəştli kredit verilib.

Bununla yanaşı, sözügedən dövr ərzində 99 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 3,5 milyon manat güzəştli kredit əldə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər