Anar Məmmədlinin həbs müddəti daha 3 ay uzadılıb
Nərmin Qocamanlı
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti uzadılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, onun barəsində həbs qətimkan tədbriinin müddəti daha 3 ay uzadılıb.
Xatırladaq ki, A.Məmmədli bu ilin aprel ayında saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net