"Formula 1"ə hazırlıq məqsədilə daha bir prospektə giriş məhdudlaşdırılacaq
Əsəd Abbaslı
"Formula 1" Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində gedən işlərə görə daha bir yol bağlanacaq.
"Operativ Media" xəbər verir ki, körpü quraşdırma işləri səbəbi ilə bu gün 23:59-dan avqustun 23-ü saat 05:45-ə qədər "Neftçilər" prospektinə giriş məhdudlaşdırılacaq.
Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma