Menyu

Naxçıvanda hərraclardan xüsusi hesaba daxilolmalar 3,6 dəfə artıb

Nərmin Qocamanlı
Naxçıvanda hərraclardan xüsusi hesaba daxilolmalar 3,6 dəfə artıb

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında hərrac yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 70-ə çatıb.

"Operativ Media" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, ötən 7 ayda keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artıb.

Naxçıvanda Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən keçirilən son hərrac vasitəsilə 6 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi icarəyə verilib.

Hərracda qeydiyyatdan keçmiş 22 sifarişçi muxtar respublikanın 9 bələdiyyəsinə məxsus 6 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi üzrə rəqabətin iştirakçısı olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər