Rekord göstərici - 56 minə yaxın tələbə adını qazanmış şəxs gələcəkdə işlə təmin oluna biləcək?

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri ali təhsil müəssisələrinə qəbul olub.
Bəs 56 minə yaxın tələbə gələcəkdə işlə təmin oluna biləcəkmi?
Mövzu ilə bağlı “Operativ Media”ya danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin sözlərinə görə, test imtahanı tarixində ilk dəfə olaraq rekord nəticə qeydə alınıb:
“Dünən universitetlərə ixtisas seçiminin nəticələri açıqlanıb. Nəticələr cəmiyyət tərəfindən çox böyük marağa səbəb oldu. Test imtahanı tarixində ilk dəfə olaraq rekord nəticə, ən böyük göstərici qeydə alandı. İxtisas seçimi edən abituriyentlər arasında 55 656 abituriyent I turda tələbə adını qazanadı. Azərbaycan tarixində belə bir göstərici olmamışdı.
Ümumiyyətlə bu ilki göstəricilər statistika baxımından, ötən ilki göstəriciləri xeyli qabaqlayır. Bu ilki ixtisas seçimində istirak edənlərin sayı da, ötən ilə nisbətən xeyli yüksək idi. Amma qeyd etmək lazımdır ki, qəbul olanlarla yanaşı kəsilənlərin də sayı çoxdur. 27 227 abituriyent universitetə qəbul ola bilməyib. Onlar ikinci turda bir daha şanslarını sınayacaq.
Ekspert II turda universitetə qəbul şansının az olduğunu bildirib:
"II turda o qədər boş yer qaldığını düşünmürük. Çünki, bu il rəqabət güclü idi. 56 minə yaxın şəxsin tələbə adını qazanması, boş qalan plan yerlərinin sayını da azaldıb.
I ixtisas qrupuda 1630, II ixtisas qrupunda 387, III qrupda 590, IV ixtisas qrupunda 450 boş plan yeri qalıb. V ixtisas qrupunda isə boş qalan yer olmayıb”.
“Operativ Media”ya danışan sosioloq Mətanət Məmmədova 55 656 tələbənin 4 ildən sonra iş tapmaqda çətinlik çəkəcəyini bildirib:
“Universitetlərə 55 656 abituriyentin qəbul olması bizim təhsil səviyyəmizin yüksək pilləyə qalxmasının göstəricisidir. Oxumaq hər bir şəxsin birinci vəzifəsidirsə, sonraki dönəmdə bu sahədə iş də tapmaq ən vacib məqamlardan biridir. 4 ildən sonra universitetləri 55 656 tələbə bitirəcək. Bu isə çox böyük rəqəmdir. Onlar artıq işçi qüvvəsi olacaq. Hər birinin işə ehtiyacı olacaq. Bu zaman isə onlar müəyyən problemlərlə qarşılacaq. Ölkəmizdə məşğulluq strategiyası düzgün aparılmır".
Sosioloq plan yerlərinin iş yerlərinə uyğun tərtib edilməsinin daha düzgün olduğunu qeyd edib:
Dövlət başçımız da qeyd edib ki, qarşıdakı 5 ildə sıradan çıxan bir neçə istisas olacaq. Ona görə də bu ixtisasları qəbuldan çıxarmaq lazımdır. Çünki artıq bu ixtisaslara ehtiyac qalnmır. Bu ixtisası bitirən tələbə ya işsiz qalır, ya da fərqli bir işdə çalışmağa məcbur olur.
Hazırda bir çox müəssisə təcrübəsi olan şəxslərə üstünlük verir. Bəs universiteti bitirən tələbə harada təcrübə qazanmaldır? Bu məsələlərə ciddi nəzarət edilməlidir. Müəssisələr ilə universitetlər arasında əlaqə olmalıdır. Müəssisələr bildirməlidir ki, mənə bu qədər kadr lazımdır. Buna uyğun da plan yerləri müəyyən edilməlidir”