Menyu

Ölkədə ən yüksək keçid balı BANM-də olub

Nərmin Qocamanlı
Ölkədə ən yüksək keçid balı BANM-də olub
1 dəq oxu

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) öz rekordunu yeniləyib.

BANM-dən "Operativ Media"ya bildirilib ki, Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balı ali məktəbin informasiya təhlükəsizliyi ixtisasında olub.

Dövlət İmtahan Mərkəzinin 2024/2025-ci tədris ili üçün açıqladığı nəticələrə əsasən, informasiya təhlükəsizliyi ixtisasına keçid balı 687 olub.

Bu, ölkə üzrə qeydə alınmış ən yüksək göstəricidir. BANM illərdir ki, bu siyahıya liderlik edir.

Əvvəlki rekord isə 685 bal idi.

Əlaqəli Xəbərlər