Ötən gecə Bakı-Qazax yolunda yük avtomobli mikroavtobusla toqquşub - FOTO
Nərmin Qocamanlı
Ötən gün, saat 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ələt qəsəbəsindən keçən hissəsində Sabirabad rayon sakini Elmir Əhmədovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili qarşıda gedən “Mercedes” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusda olan bir azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, yük avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda törətdiyi ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.
Teqlər:
"\u00d6t\u0259n gec\u0259 Bak\u0131-Qazax yolunda y\u00fck avtomobli mikroavtobusla toqqu\u015fub - FOTO"