Menyu

Zaqatalada 4 tona yaxın çətənə kolu məhv edilib

Nərmin Qocamanlı
Zaqatalada 4 tona yaxın çətənə kolu məhv edilib
1 dəq oxu

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Dardoqqaz kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ümumi çəkisi 3 ton 700 kiloqram olan 3083 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Əlaqəli Xəbərlər