Menyu

Ötən gün 52 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Ötən gün 52 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 23-də ümumi çəkisi 51,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,4 kiloqrama yaxın heroin, 47,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin 50 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər