Qarabağ Universitetinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 124 nəfər qəbul olub
Nərmin Qocamanlı
Qarabağ Universitetinə xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupu üzrə qəbul olan tələbələrin sayı açıqlanıb.
Universitetdən "Operativ Media"ya bildirilib ki, xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas (o cümlədən musiqi müəllimliyi (fortepiano, skripka, klarnet, tar, kamança, saz, nağara, qarmon), dekorativ tətbiqi sənət (bədii toxuculuq, keramika), dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı), instrumental ifaçılıq (fortepiano, skripka, klarnet), instrumental ifaçılıq (tar, kamança, saz, nağara, qarmon), vokal sənəti (xanəndəlik), vokal sənəti (milli vokal) üzrə Qarabağ Universitetinə ümumilikdə 124 nəfər qəbul olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net