Menyu

Astarada dənizdə batan 29 yaşlı gəncin meyiti tapılıb

Əsəd Abbaslı
Astarada dənizdə batan 29 yaşlı gəncin meyiti tapılıb

Nəzarətsiz sularında batan 29 yaşlı Şamxal Həsənzadənin meyiti tapılıb.

"Operativ Media" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.

Şəxsin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırlatmış və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırmışdı.

Teqlər:

"Astarada d\u0259nizd\u0259 batan 29 ya\u015fl\u0131 g\u0259ncin meyiti tap\u0131l\u0131b"

Əlaqəli Xəbərlər