Menyu

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində 9 fələstinli həlak olub

Əsəd Abbaslı
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində 9 fələstinli həlak olub

İsrail ordusunun səhər saatlarından Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 31-ə yüksəlib.

"Operativ Media" xəbər verir ki, Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal Telegram hesabında İsrailin hücumlarında yeni itkilərlə bağlı açıqlama yayıb.

Açıqlamaya görə, İsrail döyüş təyyarələri Qəzza zolağının şimalında, Qəzza şəhərinin Zeytun rayonunda fələstinli “Şeyx” ailəsinə məxsus evi bombalayıb. Hücum nəticəsində 2 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Digər tərəfdən İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şərqində yerləşən Abesan əl-Kəbirə qəsəbəsinin Vadi Sabir bölgəsində didərgin düşmüş mülki əhalinin sığındığı çadırı bombalayıb. Hücumda 5 fələstinli həyatını itirib.

Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusu Xan Yunisin qərbindəki Asdaa həbsxanası yaxınlığındakı Əl-Emel bölgəsində gəzinti sahəsində yaşayan köçkün vətəndaşları pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb. Hücum nəticəsində 2 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Səhiyyə mənbələri səhər saatlarından etibarən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 31-ə yüksəldiyini bildirib.

Mənbələr yaralananların sayı və onların sağlamlıq vəziyyəti barədə məlumat verməyib.

Teqlər:

"\u0130srail ordusunun Q\u0259zzaya h\u00fccumlar\u0131 n\u0259tic\u0259sind\u0259 9 f\u0259l\u0259stinli h\u0259lak olub"

Əlaqəli Xəbərlər