Menyu

Qəzzada peyvəndlərin aparılması üçün razılıq əldə edilib

Əsəd Abbaslı
Qəzzada peyvəndlərin aparılması üçün razılıq əldə edilib

BMT Fələstin-İsrail münaqişəsinin tərəfləri ilə anklavda poliomielit əleyhinə peyvəndlərin aparılmasına icazə vermək üçün Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəlib.

"Operativ Media" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Piperkorn brifinqdə deyib.

"Bütün tərəfləri ailələrin sağlamlıq mərkəzlərinə təhlükəsiz şəkildə çatdırılması üçün humanitar fasiləyə hörmət etməyə çağırırıq", R.Piperkorn bildirib.

Nümayəndə əlavə edib ki, ÜST sentyabrın 1-də Qəzza zolağının mərkəzi hissəsində peyvəndə başlamağı planlaşdırır, üç gün sonra tibb işçiləri anklavın cənubuna, daha üç gündən sonra isə şimala gedəcək. Lazım gələrsə, humanitar fasilənin müddəti uzadıla bilər.

Bundan əvvəl BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Qəzza zolağında poliomielit peyvəndi üçün 11 tibb mərkəzinin fəaliyyətə başladığını açıqlamışdı.

Teqlər:

"Q\u0259zzada peyv\u0259ndl\u0259rin apar\u0131lmas\u0131 \u00fc\u00e7\u00fcn raz\u0131l\u0131q \u0259ld\u0259 edilib"

Əlaqəli Xəbərlər