Dələduzluq işi üzrə həbs edilən Rusiya müdafiə nazirinin keçmiş müavini, ehtiyatda olan ordu generalı Pavel Popovun həbs olunmamasını istəyib.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə açılmış cinayət işi çərçivəsində saxlanılan Popov barəsində həbs qətimkan tədbiri seçilməməsini, ev dustaqlığı növündə qətimkan tədbiri seçilməsini xahiş edib”, - agentliyin məlumatında deyilir.
Onun sözlərinə görə, general istintaqdan gizlənmək fikrində olmadığını və hər hansı formada buna qarşı çıxmadığını bildirib. O, digər məsələlərlə yanaşı, səhhətinin də nəzərə alınmasını xahiş edib.
Xatırladaq ki, avqustun 29-da 235-ci Qarnizon Hərbi Məhkəməsi Popovu oktyabrın 29-dək həbs edib. O, Butırka istintaq təcridxanasında saxlanılır.