Rusiya Prezidenti Vladimir Putin və "Telegram" messencerinin qurucusu Pavel Durov heç vaxt görüşməyiblər.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Mənim bildiyimə görə, heç vaxt görüşməyiblər", - Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Pavel Durov 24 avqustda Parisdəki Le Burje hava limanında saxlanılıb. Biznesmenin saxlanılması bir çox ölkədə geniş ictimai tənqidə səbəb olub. Fransada Durov on hüquq pozuntusunda və cinayətdə, o cümlədən qanunsuz əməliyyatlar həyata keçirmək məqsədilə təşkil olunmuş qrup tərəfindən idarə olunan onlayn platformanın administatorluğunda iştirak etməkdə şübhəli bilinir və bu səbəbdən ona 10 ilə qədər həbs cəzası verilə bilər. Hələlik ona rəsmi ittiham irəli sürülməyib.






