Menyu

Aİ 2025-ci ilin mart ayına qədər Rusiya aktivlərindən Ukraynaya hərbi yardım edəcək

Əsəd Abbaslı
Aİ 2025-ci ilin mart ayına qədər Rusiya aktivlərindən Ukraynaya hərbi yardım edəcək
1 dəq oxu

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin növbəti tranşını 2025-ci ilin martına qədər Ukraynaya hərbi yardım üçün istifadə edəcək.

Bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell Brüsseldə 27 icma ölkəsinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Mart ayına qədər aktivlərdən əldə edilən gəlirin ikinci tranşı olacaq. Bu, Ukraynanın müdafiə sənayesini gücləndirməyə yönəldiləcək", - deyə o bildirib.

Borrelin sözlərinə görə, 1,5 milyard avroluq birinci tranşın bir hissəsi müdafiə sənayesini gücləndirmək üçün artıq birbaşa Ukraynaya göndərilib.

Əlaqəli Xəbərlər