Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı işdən çıxarılıb
Əsəd Abbaslı
Volodimir Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını vəzifəsindən azad edib.
"Operativ Media" xəbər verir ki, dövlət başçısı bu barədə sərəncam imzalayıb.
“Nikolay Nikolayeviç Oleşçuk Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”, - sərəncamda deyilir.
Qeyd edək ki, “The Wall Street Journal” nəşri Qərbdən Ukraynaya verilən ilk F-16 təyyarələrindən birinin qəzaya uğramasına dair məlumat yayıb.
Qəzet yazır ki, əldə olunan kəşfiyyat məlumatları qırıcının Rusiya tərəfindən atılan raketlə vurulduğunu təsdiqləməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net