Portuqaliyada helikopter qəzaya uğrayıb
Əsəd Abbaslı
Portuqaliyada yanğınsöndürən helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Portuqaliyanın “Lusa” agentliyi məlumat yayıb.
Məlumata görə, helikopter ölkənin şimalında çaya düşüb. Helikopterin içərisində Portuqaliya Milli Qvardiyasının iki əməkdaşının cəsədi tapılıb.
Daha sonra agentlik daha iki hərbçinin meyitinin tapılması barədə məlumat yayıb.
Bir nəfər itkin düşmüş hesab olunur.
Agentlik bildirir ki, helikopterin pilotu xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net