Hindistan 5 il ərzində turizmdə inqilab etməyi hədəfləyir
Redaksiya
Hindistan 2029-cu ilə qədər dünyanın ən yaxşı 10 turizm ölkəsindən biri olmağı hədəfləyib.
"Operativ Media" “The Economic Times”a istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm və Mədəniyyət Nazirliyinin rəhbəri Qajendra Sinq Şexavat Dünya Liderləri Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, indi Hindistan 119 turizm istiqaməti üzrə reytinqdə 39-cu yeri tutur.
Bununla belə, hakimiyyət vəziyyəti kökündən dəyişmək niyyətindədir.
"Məqsədimiz 5 il ərzində dünyanın ilk on turizm istiqaməti sırasında yer tapmaqdır", - nazir bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net