Menyu

ABŞ-ın Havay ştatında atışma olub, 4 nəfər ölüb

Nərmin Qocamanlı
ABŞ-ın Havay ştatında atışma olub, 4 nəfər ölüb

ABŞ-ın Havay ştatında atışma nəticəsində 4 nəfər ölüb, daha iki nəfər yaralanıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə “Associated Press” rayon polisinə istinadla məlumat yayıb.

Məlumata görə, hadisə qonşular arasında mübahisə zəminində baş verib. Bu zaman cinayətkar tapançadan atəş açıb və üç nəfəri öldürüb, lakin özünü də ev sakinlərindən biri güllələyib. Atıcını öldürən şəxs daha sonra polis tərəfindən saxlanılıb və ikinci dərəcəli qətldə ittiham olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər