Menyu

Münaqişə başlayandan bu yana Qəzza zolağına 1 milyon ton humanitar yardım gətirilib

Nərmin Qocamanlı
Münaqişə başlayandan bu yana Qəzza zolağına 1 milyon ton humanitar yardım gətirilib

2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra Qəzza zolağına 976,1 min tondan çox humanitar yardım gətirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.

Məlumata görə, yardımın 751 011 tonu ərzaq, 74 135 tonu müvəqqəti yerləşdirmə mərkəzlərinin təşkili üçün avadanlıq, 49 350 ton su, 25 887 ton dərman, 37 395 ton qarışıq humanitar yardım olub.

Teqlər:

"M\u00fcnaqi\u015f\u0259 ba\u015flayandan bu yana Q\u0259zza zola\u011f\u0131na 1 milyon ton humanitar yard\u0131m g\u0259tirilib"

Əlaqəli Xəbərlər