Menyu

Böyük Britaniya SEPAH-ın xüsusi təyinatlılarına qarşı sanksiyalar tətbiq edib

Əsəd Abbaslı
Böyük Britaniya SEPAH-ın xüsusi təyinatlılarına qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirərək, onları İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı dəstəsinə (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) şamil edib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əlavə, İran İnqilabı Keşikçiləri Korpusu bölmələrindən birinin komandiri Həmid Fazeliyə qarşı ölkəyə girişə qadağa qoyulmasını və aşkar edilərsə, aktivlərin dondurulmasını nəzərdə tutan məhdudiyyətlər tətbiq edilib. Abdolfatah Anvazian və Behnam Shahriyari də məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

Britaniya hökumətinin internet saytında Anvazyanın Birləşmiş Krallıqda sabitliyi pozmağa yönəlmiş “İran hökumətinin düşmənçilik fəaliyyətlərində iştirak etdiyi” bildirilir.

Teqlər:

"B\u00f6y\u00fck Britaniya SEPAH-\u0131n x\u00fcsusi t\u0259yinatl\u0131lar\u0131na qar\u015f\u0131 sanksiyalar t\u0259tbiq edib"

Əlaqəli Xəbərlər