Menyu

Venesuela prezidentinə məxsus təyyarə ələ keçirilib - YENİLƏNİB

Əsəd Abbaslı
Venesuela prezidentinə məxsus təyyarə ələ keçirilib - YENİLƏNİB

ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirdiyini təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.

“Dassault Falcon 900EX” təyyarəsi Dominikan Respublikasında ələ keçirilib və Floridanın cənub bölgəsinə yönləndirilib. Hava laynerinin saxlanılmasına səbəb ABŞ-nin ixrac nəzarəti və sanksiya qanunlarını pozması göstərilir.

Ədliyyə naziri və baş prokuror Merrik Qarlandın sözlərinə görə, Amerika tərəfi iddia edir ki, təyyarə qanunsuz olaraq 13 milyon dollara alınıb, Maduro və onun tərəfdaşlarının istifadəsi üçün Venesuelaya aparılıb.

23:43

ABŞ Venesuela prezidenti Maduronun təyyarəsini ələ keçirib.

"Operativ Media" xəbər verir ki, bu haqda CNN məlumat yayıb.

Məlumata görə, Maduronun layneri Dominikan respublikasının hava məkanında ələ keçirilib və Floridaya yönləndirilib.

Bildirilir ki, təyyarə Vaşinqtonun sanksiyalarının pozulması ilə alınıb.

Prezident Maduronun təyyarədə olmadığı bildirilib.

Teqlər:

"Venesuela prezidentin\u0259 m\u0259xsus t\u0259yyar\u0259 \u0259l\u0259 ke\u00e7irilib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər