Rusiya Futbol İttifaqının maliyyə direktoru helikopter qəzasında həlak olub
Əsəd Abbaslı
Rusiya Futbol İttifaqının (RFU) maliyyə direktoru Arseni Zamyatin və onun həyat yoldaşı Polina Zamyatina Kamçatkada təyyarə qəzasında həlak olublar.
"Operativ Media" xəbər verir ki, bu barədə RFU-nun mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 1-də Fövqəladə Hallar Nazirliyi helikopterin təpəyə çırpılaraq qəzaya uğraması barədə məlumat yayıb.
RFU prezidenti Aleksandr Dyukov, "Mən Arseni futbolu sevən və onu daha da yaxşılaşdırmağa çalışan böyük bir mütəxəssis kimi xatırlayacağam. Təşkilat dəfn mərasimi xərclərini qarşılayacaq", - deyə o bildirib.
Zamyatinin 34 yaşı var idi. O, 2020-ci ilin iyun ayından RFU-nun maliyyə direktoru vəzifəsini tuturdu.
Zamyatin Rusiya Federasiyasının Energetika Nazirliyində, Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Qiymətqoyma və Təbii İnhisarların Tənzimlənməsi Problemləri İnstitutunda və “Qazprom”un maliyyə strukturlarında çalışıb.
Teqlər:
"Rusiya Futbol \u0130ttifaq\u0131n\u0131n maliyy\u0259 direktoru helikopter q\u0259zas\u0131nda h\u0259lak olub"