Menyu

Zelenski: Kurskda əməliyyat planlaşdırıldığı kimi davam edir

Əsəd Abbaslı
Zelenski: Kurskda əməliyyat planlaşdırıldığı kimi davam edir

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ordusunun avqust ayında Rusiyanın Kursk bölgəsinə qarşı başlatdığı əməliyyatın planlaşdırıldığı kimi davam etdiyini və bunun Rusiya ordusunun Donetsk bölgəsində irəliləməsinin qarşısını almaq üçün vacib olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, Zelenski Ukraynada təmasları olan Hollandiyanın baş naziri ilə Zaporojya şəhərinə səfər edib. Zelenski və Schoof Ukraynada yeni tədris ilinin başlanması münasibətilə tələbələrlə görüşüb, daha sonra birgə mətbuat konfransı keçirib.

Rusiyanın hücumlarının qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, F-16 döyüş təyyarələri və müxtəlif silahlarla təmin edilməsində Ukraynaya dəstəyin davam etdirilməsi lazım olduğunu bildirən Zelenski, mövzu ilə bağlı Schoof-a lazımi məlumatları verdiklərini qeyd edib.

Zelenski Qərb ölkələrinin Rusiyadakı hərbi hədəflərə qarşı istehsal etdiyi uzaqmənzilli silahların istifadəsinə qoyulan qadağaların aradan qaldırılması və bu cür silahların alınması üçün işləri davam etdirdiklərini bildirib.

Ukrayna ordusunun avqust ayında Rusiyanın Kursk bölgəsinə başlatdığı hücumlardan danışan Zelenski, “Kursk əməliyyatı öz vəzifələrini yerinə yetirir və planlaşdırıldığı kimi davam edir”, - deyə bildirib.

Ukraynanın Donetsk bölgəsində Rusiya ordusunun hücumlarını azaltmaq baxımından Kursk əməliyyatının da böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkən Zelenski, “Pokrovski və Toretsk istiqamətindəki çətinliklərə gəlincə, düşünürük ki, Kursk əməliyyatı da buna təsir edə bilər”.

Rusiyanın məqsədinin Donetsk və Luqansk bölgələrini tamamilə işğal etmək olduğunu və buna görə də orada ən hazırlıqlı hərbi hissələrini yerləşdirdiyini bildirən Zelenski, Rusiya ordusunun son iki gündə Pokrovsk şəhərinə doğru heç bir irəliləyiş əldə etmədiyini bildirib.

Zelenski Kursk bölgəsində 600-dən çox rus əsgərini əsir götürdüklərini və bunun Rusiya ilə Ukrayna arasında davam edən əsir mübadiləsi prosesi üçün vacib olduğunu vurğulayıb.

Teqlər:

"Zelenski: Kurskda \u0259m\u0259liyyat planla\u015fd\u0131r\u0131ld\u0131\u011f\u0131 kimi davam edir"

Əlaqəli Xəbərlər