İran və Rusiya Cənubi Qafqazda regional əməkdaşlığı müzakirə edib
İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi səhifəsi məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlər, ölkələrin ərazi bütövlüyü və qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıq müzakirə edilib.
Məlumata görə, Cənubi Qafqazda gedən proseslər barədə danışarkən İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır.
Qeyd olunub ki, tərəflər “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar.
Teqlər:
"\u0130ran v\u0259 Rusiya C\u0259nubi Qafqazda regional \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 m\u00fczakir\u0259 edib"