Gürcüstan Azərbaycan vətəndaşları da daxil olmaqla 33 əcnəbini ölkədən çıxarıb
Nərmin Qocamanlı
Avqust ayında Gürcüstan Daxili İşlər Nazirliyi miqrasiya qanunlarını pozduqları üçün Azərbaycan vətəndaşları da daxil olmaqla 33 nəfəri ölkədən çıxarıb.
"Operativ Media" xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.
Məlumata görə, ölkədən çıxarılanların bir qismi könüllü, qalanları isə məcburi şəkildə ölkəni tərk edib.
Ölkədən çıxarılanlar arasında İran, İordaniya, Hindistan, Türkiyə, Misir, Azərbaycan, Avstraliya, Pakistan, Nigeriya, Çin, İraq və Rusiya vətəndaşları da var.
Bildirilib ki, aprel ayından bəri 130-dan çox xarici vətəndaş, o cümlədən azərbaycanlılar miqrasiya qanunlarını pozduqlarına görə ölkəni tərk etməyə məcbur olublar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net