Menyu

Ömer Çelik: Ankara BRICS-ə üzvlükdə maraqlıdır

Əsəd Abbaslı
Ömer Çelik:  Ankara BRICS-ə üzvlükdə maraqlıdır
1 dəq oxu

Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı ilk rəsmi açıqlama verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, rəsmi Ankara üzvlükdə maraqlıdır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə mövqeyini dəfələrlə bildirib. Bununla belə, hələ ki konkret nəticə yoxdur”.

Qeyd edək ki, daha əvvəl Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı müraciət etdiyi barədə məlumat yayılmışdı.

Əlaqəli Xəbərlər