Menyu

Rusiyada bağırsaq infeksiyası səbəbindən 200-dən çox insan həkimə müraciət edib

Əsəd Abbaslı
Rusiyada bağırsaq infeksiyası səbəbindən 200-dən çox insan həkimə müraciət edib
1 dəq oxu

Rusiyanın Baksan şəhərində (Kabardin-Balkar) bağırsaq infeksiyası epidemiyası zamanı 200-dən çox insan həkimlərə müraciət edib.

"Operativ Media" xəbər verri ki, bu barədə vilayət prokurorluğunun teleqram kanalında məlumat verilib.

“Respublika prokuroru Nikolay Xabarovun tapşırığı ilə Baksan şəhərində naməlum etiologiyalı kəskin bağırsaq infeksiyalarının qeydiyyatı ilə bağlı yoxlama təşkil edilib, ümumilikdə 212 nəfərin tibbi yardıma müraciət etdiyi, onlardan 63 nəfərin xəstəxanaya yerləşdirildiyi müəyyən edilib. O cümlədən 56 uşağın vəziyyəti orta ağırdır”, - məlumatda deyilir.

Respublika Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda 70 nəfər stasionar müalicə alır.

Əlaqəli Xəbərlər