Menyu

Misir prezidenti 12 ildən sonra Ankaraya səfər edəcək

Əsəd Abbaslı
Misir prezidenti 12 ildən sonra Ankaraya səfər edəcək

Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.

"Operativ Media" xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi qonağı olaraq ilk dəfə Türkiyəyə gələcək.

Ərdoğan həmkarını Beştəpədə rəsmi mərasimlə qarşılayacaq.

Görüş zamanı hər iki ölkənin lideri əvvəlcə Qəzzada atəşkəs istiqamətində atılan addımları və bölgəyə humanitar yardım səyləri, mövcud 10 milyard dollara yaxın olan ticarət həcminin 15 milyard dollara yüksəldilməsini, Türkiyə PUA-larının Misirə tədarük edilməsi məsələsini müzakirə edəcəklər.

İki liderin Şərqi Aralıq dənizi və Liviya kimi regional məsələləri də ətraflı müzakirə edəcəyi gözlənilir.

Teqlər:

"Misir prezidenti 12 ild\u0259n sonra Ankaraya s\u0259f\u0259r ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər