Menyu

Türkiyəli nazir: Türkiyə ilə İsveç arasında ticarət həcmi 5 milyard dolları keçəcək

Əsəd Abbaslı
Türkiyəli nazir: Türkiyə ilə İsveç arasında ticarət həcmi 5 milyard dolları keçəcək

Ticarət naziri Ömər Bolat Türkiyə ilə İsveç arasındakı ticarət həcmini qısa müddətdə 5 milyard dolların üzərinə çıxarmağı hədəflədiklərini söyləyib.

"Operativ Media" xəbər verir ki, Nazir Bolat sosial media hesabından etdiyi yazılı açıqlamada İsveçdə Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Yohan Forssel və Türkiyə-İsveç İqtisadiyyat və Ticarət Ortaq Komitəsi (JETCO/ETOK) II ilə birlikdə İsveçdə olduğunu bildirib.

Səfər çərçivəsində iki ölkə arasındakı əməkdaşlığı və imkanları dəyərləndirdiklərini bildirən Bolat deyib:

"Görüşdə biz xüsusilə bərpa olunan enerji, sağlamlıq turizmi, yaşıl iqtisadiyyat, texnologiya, müdafiə, KOBİ və startap sahələrində yeni əməkdaşlıqlar üçün güclü əsas yaratdıq və imzaladığımız JETCO Protokolu ilə yol xəritəmizi qeyd etdik. Özəl sektorumuz təşkilatlar, iş dünyası, "Sənayeçilərimiz və şirkətlərimizlə əl-ələ verərək qısa müddətdə ikitərəfli ticarət həcmimizi 5 milyard dolların üzərinə çıxarmağı hədəfləyirik."

Bolat vurğulayıb ki, İsveçlə ikitərəfli əməkdaşlığı inkişaf etdirməklə yanaşı, gömrük ittifaqının modernləşdirilməsi istiqamətində birgə fəaliyyəti davam etdirəcəklər.

Teqlər:

"T\u00fcrkiy\u0259li nazir: T\u00fcrkiy\u0259 il\u0259 \u0130sve\u00e7 aras\u0131nda ticar\u0259t h\u0259cmi 5 milyard dollar\u0131 ke\u00e7\u0259c\u0259k"

Əlaqəli Xəbərlər