Menyu

Ukraynada xəstəxanalardan birinə minalanmış bağlama göndərilib, müəssisə təxliyə edilib

Əsəd Abbaslı
Ukraynada xəstəxanalardan birinə minalanmış bağlama göndərilib, müəssisə təxliyə edilib
1 dəq oxu

Sentyabrın 3-ü axşam Lvovdakı Müqəddəs Luka xəstəxanasında təhlükəli paket qəbul edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Lvov Şəhər Şurasının deputatı İqor Zinkeviç məlumat verib. Xəstəxananın xəstələri və tibb işçiləri təxliyə edildiyi qeyd edilir.

"Bütün aidiyyatı xidmətlər hadisə yerində işləyir", - məlumatda deyilir.

Sonradan bu məlumatı Lvov meri Andrey Sadovı da təsdiqləyib.

“Bu gün St.Luk xəstəxanasında tank əleyhinə minalara bənzər şübhəli əşyalar aşkar edilib və bütün müvafiq xidmətlər hadisə yerində işləyir”, - deyə o əlavə edib.

Əlaqəli Xəbərlər