Menyu

Rusiya keçmiş müdafiə nazirinin müavini Popov dələduzluqda ittiham olunub

Əsəd Abbaslı
Rusiya keçmiş müdafiə nazirinin müavini Popov dələduzluqda ittiham olunub

Rusiya Federasiyasının İstintaq Komitəsi keçmiş müdafiə nazirinin müavini, ordu generalı Pavel Popovu 30 milyon rubl məbləğində dələduzluqda ittiham edib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, o, təqsirini boynuna almır.

“İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin müstəntiqləri keçmiş müdafiə nazirinin müavini Pavel Popova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham ediblər ona qarşı cinayət işi açılıb”, - deyə o bildirib. Onu 10 ilə qədər həbs gözləyir.

İstintaq müəyyən edib ki, Popov, Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf üzrə Baş İdarəsinin rəis müavini Vladimir Şesterov, “Patriot” hərbi-vətənpərvərlik mədəniyyət və istirahət parkının direktoru Vyaçeslav Əhmədov və digər şəxslər mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərib.

Aldatma və etibardan sui-istifadə yolu ilə öz vəzifə səlahiyyətlərindən istifadə edərək 30 milyon rubl məbləğində büdcə vəsaitini oğurlayıblar. Bu pul Patriot Parkının və eyniadlı konqres və sərgi mərkəzinin fəaliyyətini dəstəkləmək üçün ayrılıb.

"Müttəhimlərdən bəziləri istintaqla əməkdaşlıq edir və ittiham xarakterli ifadələr verirlər", - Petrenko qeyd edib.

Xatırladaq ki, avqustun 29-da 235-ci Qarnizon Hərbi Məhkəməsi Popovu oktyabrın 29-dək həbs edib.

Teqlər:

"Rusiya ke\u00e7mi\u015f m\u00fcdafi\u0259 nazirinin m\u00fcavini Popov d\u0259l\u0259duzluqda ittiham olunub"

Əlaqəli Xəbərlər