Menyu

Ərdoğan: Fələstin məsələsində Misirlə ortaq mövqeyimiz var

Əsəd Abbaslı
Ərdoğan: Fələstin məsələsində Misirlə ortaq mövqeyimiz var

Prezident Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında danışıb.

"Operativ Media" xəbər verir ki, Ərdoğan çıxışında bunları deyib:

"İlk növbədə, Misir Prezidenti cənab Əbdülfəttah əs-Sisini ölkəmizdə qəbul etməkdən məmnun olduğumu bildirmək istərdim. Bir daha sizin hüzurunuzda onu öz adımdan və millətim adından salamlayıram. Fevralda Qahirəyə səfərim zamanı cənab Prezident böyük mehribanlıq göstərdi və bizi çox səmimi qarşıladı. Mənim Qahirəyə səfərim münasibətlərimizdə yeni dönüş nöqtəsi oldu. O vaxtdan bəri biz dialoqumuzu və əməkdaşlığımızı ən yüksək səviyyədə saxlamışıq. Biz həmişə regionumuzla bağlı məsələlərdə yaxından məsləhətləşmişik. Biz hər sahədə inkişaf edən əməkdaşlığımızı əziz qardaşımın cavab səfəri ilə daha da irəli aparır."

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Misir Fələstin məsələsində ortaq mövqedədir:

"11 aydır davam edən soyqırımına son qoyulması, ən qısa zamanda daimi atəşkəsin yaradılması və humanitar yardımların maneəsiz axını prioritetlərimizdir. Qəzza ilə yanaşı, regional məsələləri, xüsusilə Şərqi Aralıq dənizi, Suriya, Liviya, Sudan və Afrika Buynuzu ilə bağlı məsələlər də müzakirə edilib", -  deyə Ərdoğan bildirib.

Teqlər:

"\u018frdo\u011fan: F\u0259l\u0259stin m\u0259s\u0259l\u0259sind\u0259 Misirl\u0259 ortaq m\u00f6vqeyimiz var"

Əlaqəli Xəbərlər