Daha iki NATO ölkəsi Ukrayna hərbçilərinə təlim keçəcək
Əsəd Abbaslı
Litva və Polşa Ukrayna Silahlı Qüvvələrinə təlim keçməyə hazırdır.
"Operativ Media" xəbər verir ki, bu barədə Litva dövlətinin başçısı Qitanas Nauseda Polşa prezidenti Anjey Duda ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkələr Ukrayna hərbçilərinin hazırlanması üçün Polşada yerləşən Litva-Polşa-Ukrayna briqadasının (LitPolUkrbrig) bazasından istifadə etməyə hazırdırlar.
“Biz Polşada Litva-Polşa-Ukrayna briqadasının bazası var, bu briqada əsasında Ukrayna hərbçilərini öyrətməyə hazırıq”, - deyə Nauseda bildirib.
Teqlər:
"Daha iki NATO \u00f6lk\u0259si Ukrayna h\u0259rb\u00e7il\u0259rin\u0259 t\u0259lim ke\u00e7\u0259c\u0259k"