Menyu

Azərbaycan səfiri Kurık dəniz limanının rəhbəri ilə əməliyyat imkanlarını müzakirə edib

Əsəd Abbaslı
Azərbaycan səfiri Kurık dəniz limanının rəhbəri ilə əməliyyat imkanlarını müzakirə edib

Azərbaycanın Qazaxıstandakı səfir Ağalar Atamoğlanov Kurık dəniz limanını ziyarət edərkən limanın baş direktoru Serik Axmetovla ərazinin əməliyyat imkanlarını müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın Astanadakı səfirliyinin mətbuat xidməti bildirib.

“Səfir Ağalar Atamoğlanov strateji əhəmiyyətli Orta dəhlizin mühüm nəqliyyat qovşaqlarından biri hesab olunan Kurık dəniz limanını ziyarət etmişdir. Limanın baş direktoru Serik Axmetov liman ərazisinin əməliyyat imkanları, habelə tranzit və yükaşırma potensialı barədə ətraflı məlumat vermişdir. Görüş zamanı Orta dəhliz boyunca tranzit yükdaşımaları sahəsində hazırda müşahidə olunan müsbət dinamikanın qorunub saxlanılması və daha da inkişaf etdirilməsi perspektivləri ətrafında faydalı fikir mübadiləsi aparılmışdır”, – məlumatda diqqətə çatdırılıb.

Teqlər:

"Az\u0259rbaycan s\u0259firi Kur\u0131k d\u0259niz liman\u0131n\u0131n r\u0259hb\u0259ri il\u0259 \u0259m\u0259liyyat imkanlar\u0131n\u0131 m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər