ABŞ Venesuelaya məxsus daha bir təyyarəni ələ keçirib
Əsəd Abbaslı
Venesuela hökumətinin təyyarəsi Dominikan Respublikasında saxlanılıb.
“Operativ Media" xəbər verir ki, bu barədə Dominikanın “Diario Libre” nəşri məlumat yayıb.
Təyyarənin ABŞ hakimiyyətinin tələbi ilə saxlanıldığı bildirilir. Təyyarə hazırda beynəlxalq hava limanındadır və məhkəmə icazəsi olmadan hərəkət etmək qadağan edilib.
Qeyd edək ki, sentyabrın 2-də ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirərək Floridaya aparıb.
ABŞ Ədliyyə Nazirliyi təyyarənin ABŞ-nin sanksiyalar qanunlarını pozduğuna görə müsadirə edildiyini bildirib.
Teqlər:
"AB\u015e Venesuelaya m\u0259xsus daha bir t\u0259yyar\u0259ni \u0259l\u0259 ke\u00e7irib"