17 Sentyabr 2024, 16:27
Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO
Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO şəkil
Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO

Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların təntənəli andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, mərasimlərdə Milli Müdafiə Universitetinin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərliyi və şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular, müəllimlər, valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.

Andiçmə mərasimlərində əvvəlcə hərbi orkestrin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanına gətirilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Təntənəli mərasimlərdə çıxış edənlər kursantları və onların valideynlərini əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib, gələcəyin hərbi qulluqçularına Azərbaycan xalqına layiqli övlad, Vətənə, xalqa və Hərbi anda sadiq olmağı arzulayıb, nizam-intizamla xidmət etməyi tövsiyə ediblər.
Sonra kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib, hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

Sonda valideynlər hərbi təhsil müəssisələrində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.

Son xəbərlər
Qvardiola Vengerin uğurunu təkrarladı
XİN rəhbərliyi və əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsini anıblar
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Azərbaycanlı MMA döyüşçüsü yeni təşkilatla anlaşdı
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın baş verib
 Türkiyə parlamentinin sədri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb