25 Sentyabr 2024, 15:25
Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb şəkil
Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Belarus Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüş keçirib.

Görüşdə Azərbaycanla Belarus arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, mövcud əlaqələrin genişləndirilməsi müzakirə edilib.

Tərəflər həmçinin regional təhlükəsizlik və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Daha sonra general-polkovnik Z.Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitriy Pantus ilə görüşüb.
Görüşdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"
Hakan Fidan İraqa səfər edəcək
Qusarda yerləşən intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb