Menyu

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Nərmin Qocamanlı
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Sentyabrın 25-də general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Strateji Planlar Departamentinin Baş Direktoru general-leytenant Yusuf Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, müdafiə naziri Z.Həsənov Azərbaycan-Pakistan arasında bir çox sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də əlaqələrimizin xalqlarımızın maraqlarına xidmət etdiyini qeyd edib, eləcə də qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsinin ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.

Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarından danışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Teqlər:

"Az\u0259rbaycan il\u0259 Pakistan aras\u0131nda h\u0259rbi \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131n inki\u015faf perspektivl\u0259ri m\u00fczakir\u0259 edilib"

Əlaqəli Xəbərlər