Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Əsəd Abbaslı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Somali Respublikasının müdafiə naziri cənab Abdulkadir Məhəmməd Nur ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın geniş imkan və perspektivlərinin olduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Teqlər:
"Az\u0259rbaycan-Somali h\u0259rbi \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131na dair m\u00fczakir\u0259l\u0259r apar\u0131l\u0131b"