25 Sentyabr 2024, 19:23
Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib
Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib şəkil
Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı Ekspo Mərkəzində "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitriy Şuqayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdən sonra beynəlxalq sərgidə Rusiyanın hərbi sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı Azərbaycan və Rusiya nümayəndə heyətinə ətraflı məlumat verilib.

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi