Yükdaşıma şirkəti Türkiyə şirkətini məhkəməyə verib
Nərmin Qocamanlı
“Kutahya Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Yük Taksisi.az” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhkəmə çəkişməsi yaranıb.
"Operativ Media"nın əldə etdiyi məlumata görə, “Yük Taksisi.az” “Kutahya Baku”ya qarşı məhkəmədə iddia qaldırıb.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (Daşıma müqaviləsi üzrə mübahisələr) bağlıdır.
Belə ki, “Yük Taksisi.az” yüklərin daşınması ilə bağlı öhdəliklərə əməl etməyən Türkiyə şirkətə qarşı məhkəmədə iddia qaldırıb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Yük Taksisi.az”ın tərkibində “166 Yükdaşıma və Logistika”, “156 Evakuasiya”, “158 Taksi” şirkətləri fəaliyyət göstərir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net