Menyu

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində, nazirliyin Şimal-Qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib.

Bu barədə "Operativ Media"ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, K.Heydərov tərəfindən qəbul edilən Qəbələ və Oğuz rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

"Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər", - məlumatda qeyd olunub.

Teqlər:

"F\u00f6vq\u0259lad\u0259 hallar naziri Q\u0259b\u0259l\u0259d\u0259 v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul edib"

Əlaqəli Xəbərlər