http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşüb

27 Sentyabr 2024 , 16:03
Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşüb

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ölkəmizdə işgüzar səfərdədir

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını həyata keçirməklə yanaşı çoxsaylı qlobal və regional təşəbbüslərdə fəal iştirak edir, habelə tərəfdaş qurumlarla beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə kompleks işlər görülür.

Bu tədbirlərin davamı kimi, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr – 2 oktyabr tarixlərində paytaxtda keçiriləcək 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. 

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru cənab Juan Bautista Mahiquesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı ölkəmizin ev sahibliyi ilə keçiriləcək beynəlxalq tədbirə hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib. 

Baş prokuror iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın möhkəmləndiyini diqqətə çatdıraraq, ötən il martın 23-də Afina şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Argentina Respublikasının Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu arasında imzalanmış Memoranduma uyğun olaraq təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib. 

Görüş zamanı, həmçinin bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 barədə məlumat verərək, BPA-nın Bakıda keçiriləcək 29-cu illik konfransı zamanı dünya prokurorları arasında hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyi vurğulanıb.

Təşkilatın Prezidenti səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, milli prokurorluq orqanlarımızın rəhbərliyi tərəfindən Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə təşəkkür edib.

Daha sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
ADY-nin kollektivi Zəfər parkını ziyarət edib

ADY-nin kollektivi Zəfər parkını ziyarət edib

Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib

Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib

Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub

Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub

XƏBƏR LENTİ
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
  • 19:19

    Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib
  • 19:15

    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
  • 19:02

    Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
  • 18:43

    Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölənlər var
  • 18:39

    Netanyahu BMT tribunasından Tehranı hədələyib
  • 18:34

    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
  • 18:29

    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
Menyu