http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq

28 Sentyabr 2024 , 14:23
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq

Prezident İlham Əliyev Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, “Naftalan” Kurortu haqqında əsasnaməni iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib

“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib

XƏBƏR LENTİ
  • 17:07

    Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
  • 17:00

    Bakıda mebel və taxta materialları sexindəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
  • 16:39

    Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb
  • 16:05

    Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib
  • 16:03

    Pakistanda helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb
  • 16:00

    "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib
  • 15:58

    "Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib
  • 15:44

    Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Menyu